Sosial şəbəkələrdə Sankt-Peterburq metrosunda törədilən terror aktı nəticəsində daha bir ölən haqqında informasiya yayılıb. Gecə saatlarında xəstəxanada aldığı ağır travmalardan gənc azərbaycanlı qız Dilbarə Əliyeva dünyasını dəyişib.
ANN.Az Life.ru-ya istinadən xəbər verir ki, 21 yaşlı Dilbarə Əliyeva ağır vəziyyətdə xəstəxanaya gətirilərkən səhvən Tamara Əliyeva kimi qeydiyyatdan keçirilib.
Məlumat yoxlanılır.
Qeyd edək Sankt-Peterburq metrosunda baş verən partlayışda 11 nəfər ölüb, 45 nəfər yaralı isə xəstəxanaya yerləşdirilib.
Terror aktı nəticəsində yaralananlardan daha bir nəfər azərbaycanlı da var.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !