Sankt-Peterburqda yaralanan azərbaycanlının vəziyyəti orta ağırdır

09:40 | 04.04.2017
Sankt-Peterburqda yaralanan azərbaycanlının vəziyyəti orta ağırdır

Sankt-Peterburqda yaralanan azərbaycanlının vəziyyəti orta ağırdır

Diaspora nümayəndəsi: "Zaur Vəliyevin huşu yerindədir"
Sankt-Peterburqda terror aktı nəticəsində yaralanan həmyerlimizin vəziyyəti orta ağır olaraq qalır.
 
Bu barədə APA-nın Rusiya bürosuna Peterburqdakı Azərbaycan diasporunun nümayəndəsi Elşən Həmzəyev məlumat verib. Onun sözlərinə görə, həmyerlimiz Zaur Vəliyev hazırda Peterburqun İ.İ Canelidze adına elmi-tədqiqat institutunun təcili tibbi yardım xəstəxanasının cərrahiyyə şöbəsindədir.
 
"Həkimlərin verdiyi məlumata görə, Z. Vəliyevin huşu yerindədir. O, həkimlərlə danışıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər" - deyə diaspor nümayəndəmiz bildirib.
 
Elşən Həmzəyev həmyerlimizin Peterburq sakini olmadığını, Oryol şəhərindən gəldiyini də söyləyib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM