Çinin paytaxtı Pekində havanın çirklənmə səviyyəsi yenidən yüksək həddə çatıb. ANS PRESS-in məlumatına görə, rəsmilər havanı çirkləndirən maddələrin azaldılması istiqamətində tədbirlərin görülməsinə dair göstəriş verilib. Hava çirkliliyi ilə əlaqədar ötən ilin oktyabrından bəri ilk dəfə Pekində sarı xəbərdarlıq edilib. Bu isə şəhər sakinlərini küçəyə çıxarkən respirator maskalar taxmağa vadar edib.Pekin şəhər administrasiyası növbəti 3 gün ərzində hava çirkliliyini azaltmaq məqsədilə avtomobillərdən istifadəni azı 50 faiz məhdudlaşdırmağı nəzərdə tutur. Yaxın günlərdə hava çirkliliyi ilə əlaqədar xəbərdarlığın qırmızı həddə qaldırılacağı da istisna edilmir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !