Sarayın küçələrinə axıdılan üfunətli qanlı su nazirliyin nəzarətinə alındı – FOTOLAR

17:40 | 06.06.2017
Sarayın küçələrinə axıdılan üfunətli qanlı su nazirliyin nəzarətinə alındı – FOTOLAR

Sarayın küçələrinə axıdılan üfunətli qanlı su nazirliyin nəzarətinə alındı – FOTOLAR

Abşeron rayonunun Saray qəsəbəsində yerləşən quşçuluq sexinin tullantılarının birbaşa kanalizasiyaya axıdılması nəticəsində bir çox həyətyanı sahə üfunətli, qanlı suyun altında qalıb. 

Problemin həlli ilə bağlı Oxu.Az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Abşeron rayonu üzrə 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaq cəhdi uğursuz alınsa da, nazirliyin 168 nömrəli "Qaynar xətti” zəngimizə ilk cəhddə cavab verdi. 

Nazirliyin əməkdaşı şikayəti qeydiyyata salaraq departamentə göndərəcəyini bildirdi: 
"Departamentin əməkdaşları təcili şəkildə əraziyə yollanıb baxış keçirəcək. Quşçuluq sexində tullantıların sakinlərə yaratdığı narahatçılığın aradan qaldırılması üçün lazım olan bütün tədbirlər görüləcək və məsuliyyət daşıyanlar cəzalandırılacaq”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov Oxu.Az-a gigiyena qaydalarının sahibkara məxsus fermer təsərrüfatında pozulduğu üçün məsələyə şərh vermək ixtiyarında olmadığını bildirdi:

"Gigiyena və Epidemiologiya Mərkəzi 2015-ci ilin sentyabr ayından fermer təsərrüfatlarında yoxlama aparmaq səlahiyyətini itirib. Bu məsələlərə yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti ərazi şöbəsi baxır”.

Qəsəbənin "Yeni Məhəllə” adlanan ərazisində, Abdulla Şaiq küçəsində quşların içalatları, tükləri və digər tullantıları xüsusi metodla utilizasiya edilmək əvəzinə, birbaşa kanalizasiyaya axıdılır. Borular bu zibilləri axıtmaq gücündə olmadığından öz funksiyasını yerinə yetirə bilmir. Nəticədə çirkli və üfunətli qanlı su sakinlərin həyətinə axır.
 
 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti