Ermənistan prezidenti Serj Sarkisyan Rusiyaya səfəri nəticəsində 200 milyon dollarlıq imtiyazlı kredit və qazın qiymətində 25 dollar güzəşt əldə edib. Bu barədə prezidentin ofisi sentyabrın 7-də məlumat yayıb.
Yüngül şərtlərlə verilən kredit Ermənistan ordusunun müasirləşdirilməsinə sərf olunacaq. Qazın qiymətinə gəlincə, Ermənistan bundan sonra qazın kubmetri üçün 165 dollar ödəyəcək.
Ancaq Rusiyadan alınan elektrik enerjisinin qiymətində endirim baş verməyib.
Bu məsələ hökumət üçün həssas mövzudur, belə ki, avqustun elektrikin qiymətinin qalxması ölkədə etirazlara səbəb olub.
Vladimir Putinlə görüşdən öncə Sarkisyan demişdi ki, enerjinin qiyməti əsas məsələ olaraq qalır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !