Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan torpaqlarına səfər edib.
ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın prezident aparatının mətbuat xidmətindən məlumat verilib.
Üç saat əvvəl bildirilib ki, Ermənistan prezidenti qondarma Dağlıq Qarabağ Respublikasına işgüzar səfər edib.
Qeyd edək ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının qərb bölgəsidir. Tarixən Qafqaz Albaniyasının (Arranın), Qarabağ xanlığının, Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Sovet Respublikasının, tərkib hissəsi olub.
ANS PRESS
Bizi sosial şəbəkələrdə izləyin !