Sarkisyan: Bu, Azərbaycana müharibə elan etmək deməkdir

21:52 | 03.12.2015
Sarkisyan: Bu, Azərbaycana müharibə elan etmək deməkdir

Sarkisyan: Bu, Azərbaycana müharibə elan etmək deməkdir

Mən cari konstitusiyanın müəyyən tənzimləyici mexanizmlərində təhlükə görürəm və bunu deməyi özümə borc bilirəm.

Bunu Ermənistan prezidenti Serj Sarkisyan erməni telekanallarından birinə verdiyi müsahibəsində konstitusiyada dəyişikliklərin təşəbbüskarı olduğunu və niyə məhz indi bunu etdiyi barədə danışarkən bildirib.

Oxu.Az bu barədə haqqin.az-a istinadən xəbər verir.  

"Prezidentin səlahiyyətlərinin göstərildiyi maddəyə baxaq. Bu, 55-ci maddədir və 55-ci maddənin 12-ci bəndi: Respublika prezidenti – Silahlı qüvvələrin Ali baş komandanı, müdafiə sahəsində dövlət orqanlarının fəaliyyətini koordinasiya edir”.

"Koordinasiya edir” sözünə diqqət yetirin, rəhbərlik etmir, koordinasiya edir. Zəhmət olmasa deyin görüm, rəhbərlik etmədən koordinasiya edərək prezident təhlükəsizliyi necə təmin edə bilər?”, - Sarkisyan deyib.

O, prezident kimi Ermənistanın cari konstitusiya ilə parlamentin qəbul etdiyi katostrafik qərarların qarşısını almaq iqtidarında olmadığını bildirib.

"Bir dəqiqəlik təsəvvür edin ki, 2012-ci ilin parlament seçkilərində proqram müddəaları bizim dövlət maraqlarımıza zidd olan siyasi qüvvələrdən biri qalib gəlib. İndi təsəvvür edək ki, bu qüvvə elə "Naslediye” (İrs) partiyasıdır.

Və o, Dağlıq Qarabağın müstəqilliyini tanımağı tələb edir. Hökumət qərar qəbul edir, sonra qanun layihəsini Milli Məclisə yollayır, parlament Dağlıq Qarabağın müstəqilliyini tanıyır və konstitusiyamıza əsasən qanun prezidentə imzaya göndərilir.  

Mən 21 gün müddətində bu qanunu ya imzalamalı, ya da ki, iradlar ilə Milli Məclisə göndərməliyəm. Amma onlar çoxluq təşkil etdiklərinə görə parlament seçkilərində qalib gəldikləri üçün vetonu aşaraq qanunu yenidən imzalanması üçün prezidentə göndərəcəklər. Və mən 5 gün müddətində onu imzalamalıyam.

Dağlıq Qarabağın müstəqilliyini tanımaq nə deməkdir? Bu, Azərbaycana müharibə elan etməkdir, çünki əgər rəsmi olaraq Dağlıq Qarabağın müstəqilliyini tanısaq, hansı danışıqlardan söhbət gedə bilər? Danışıqlara alternativ isə müharibədir”, - o deyib.

Sarkisyan xatırladıb ki, bu ilin may ayında "Naslediye” partiyasının üzvlərindən biri parlamentə Ermənistanın Türkiyədən "Qərb Ermənistanının” ərazisini tələb etməli olduğu qanun layihəsini çıxarıb.

"Bu nə deməkdir? Bu, daha bir müharibəni Türkiyəyə elan etmək deməkdir. Eyni şey baş verəcək və mən heç nə edə bilməyəcəm. Və yaxud da mən Aram Abramyan ilə son telefon söhbətində edilən təklifi rəhbər tutmalıyam.

Yəni hüquq-mühafizə orqanları vasitəsilə baş nazirə və ya Hökumətə təzyiq göstərmək. Amma bu, yolverilməzdir. Axırda nə alınır? Müdafiənin imkanlarını məhdudlaşdıraq, vəsaiti azaldaq, Azərbaycan və Türkiyəyə müharibə elan edək, və bu zaman məsuliyyət kimin üzərindədir?

Belə çıxır ki, Raffi Ovanisyan Azərbaycana müharibə elan edəcək, təhlükəsizliyi isə Serj Sarkisyan təmin etməlidir? Bu, məntiqlidir? Axı bu məntiqli deyil. Ali baş komandanın funksiyası öz iqamətgahında oturub və ya Müdafiə Nazirliyinə gedib xəritəni açaraq: "birinci ordu korpusu sağdan, ikinci ordu korpusu isə soldan hücum etməlidir” deməkdən ibarət deyil.

Bunun üçün hərbçilər var, mütəxəssislər var, baş qərargah var və bu, baş qərargahın işidir. Respublika prezidentinin - yəni ali baş komandanın işi isə hərbi-siyasi məsələnin həlli məqsədi ilə ölkənin bütün resurslarını cəlb etmək, respublikaya təhlükə yaradan amili aradan qaldırmaqdır. Əgər Ali baş komandan yalnız koordinasiya edirsə, o zaman o bunu necə təşkil edə bilər?”, - Sarkisyan deyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM