ANN.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Sarkisyan Müdafiə Nazirliyində keçirilən kollegiya iclasında bildirib ki, Ermənistanın yenidən müharibəyə başlamaq üçün heç bir səbəbi yoxdur: "Biz özümüz nə insidentə təhrik edirik, nə də ilk başlayırıq. Bu, bizə lazım deyil. Bizə qarşı olan hər insidenti izləyirik. Heç kim düşünməsin ki, erməni tərəfi bekar oturacaq və gözləyəcək. Bizə qarşı bəla hazırlayanlara amansız olmalıyıq. Bir daha bəyan edirəm ki, biz həm yaxşıya, həm də pisə hazırıq. Mənim stolumun üstündə bütün mümkün variantlar var”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !