• $ 1.7
  • € 1.98
  • ₽ 0.022094
  • ₺ 0.04
  • £ 2.266

Sarkisyan əsgəri niyə zorladıb?

Sarkisyan əsgəri niyə zorladıb?
01.02.2015 14:57
Ermənistanın Vazgen Sarkisyan adına hərbi institutunun tələbəsi Haykaz Barseqyanı zorlayıb öldürənlərdən ikisinin atası yüksək çinli dövlət məmurlarıdır. 

ANS PRESS-in məlumatına görə, bu faktı Ermənistanda nəşr olunan "Hraparak” qəzeti açıb. Qəzetin yazır ki, onlardan birinin atası hüquq-mühafizə orqanlarında, o birinin atası ilə elə hərbi institutda işləyir. 

Onun institutun direktoru, general-leytenant Martin Karapetyanın oğlu olduğu düşünülür. Sovet dövründən peşəkar hərbçi olan Martin Karapetyan Kəlbəcərin işğalının əsas təşkilatçılarındandır. Amma maraqlıdır ki, onun rəhbərlik etdiyi hərbi məktəbdə belə hadisələr tez-tez olur. 

Kursant Haykaz Barseqyanın meyiti yanvarın 29-da hərbi institutunun idman meydançasında tapılmışdı. Öncə Barseqyanın intihar etdiyi düşünülürdü. O, turnikdən asılmış vəziyyətdə aşkar edilmişdi. Ancaq istintaq onun bir qrup əsgər yoldaşı tərəfindən öldürüldüyünü müəyyən edib. 

İstintaq komitəsinin məlumatında bildirilir ki, meyit 06:35-də aşkar edilib. Hadisə yerinə gəlmiş müstəntiqlər əldə edilmiş materiallar əsasında anlayıblar ki, bu intihar deyil və bir qrup şəxs tərəfindən həyata keçirilmiş qətldir. 

Müstəntiqləri detalları açıqlamasalar da əsgərin seksual zorakılığa məruz qalması, daha sonra izi itirmək üçün öldürülməsi də cinayət ehtimalları sırasında olub. Əsgərin üzərindən tapılmış qalıqlar (saç, sperma və s.) DNT analizindən keçirilib. Yəqin həbslər analizin nəticələri əsasında həyata keçirilib. İlkin ehtimalla kurs yoldaşları Haykaz Barseqyanı bu yolla cəzalandırıblar. 

Nəticədə, kurs yoldaşını qrup şəklində təhqir edərək öldürməkdə günahkar bilinən dörd kursant həbs olunub.Tutulanlar Vaçe Saakyan, Movses Azaryan, Qnel Tevosyan və Norik Saakyan olub. 

Qeyd edək ki, Ermənistan ordusunda bu cür cəza üsülü geniş yayılıb. Keçən il Azərbaycanın işğal edilmiş ərazilərində üç erməni əsgər bir əsgəri bu cür cəzalandırmaq istəyəndə atışma düşmüşdü və üç nəfər ölmüşdü. Vardenis (Basarkeçər) rayonun Zod kəndində yerləşən hərbi hissənin komandiri onun işini yoxlamağa gələn milli təhlükəsizlik işçisini zorlamışdı. 

Orududa bu cür əməllər üzündən Ermənistanda homoseksuallıq kişilər arasında 8 faizdir. Bu Hollandiya (3%) kimi ölkələrlə müqayisədə xeyli yüksək göstəricidir. 
 
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan Rusiyaya gedir
Dünya 10:09
Paşinyan Rusiyaya gedir
Tramp Ukraynada seçkilərin keçirilməməsindən narahatdır
Dünya 09:49
Tramp Ukraynada seçkilərin keçirilməməsindən narahatdır
Britaniyada bu tarixdən uçan taksilər istifadəyə veriləcək
Dünya 00:10
Britaniyada bu tarixdən uçan taksilər istifadəyə veriləcək
FED faiz dərəcələrini yenidən endirib
Dünya 23:48
FED faiz dərəcələrini yenidən endirib
Ukrayna səfiri İsrail XİN-ə çağırılıb
Dünya 22:53
Ukrayna səfiri İsrail XİN-ə çağırılıb
İslandiya "Eurovision-2026"da iştirak etməyəcək
Dünya 22:14
İslandiya "Eurovision-2026"da iştirak etməyəcək
Gürcüstanda ali məktəblərdə təhsil müddəti qısaldılıb
Dünya 21:29
Gürcüstanda ali məktəblərdə təhsil müddəti qısaldılıb
Sankt-Peterburqda bazarda yanğın baş verib
Dünya 20:52
Sankt-Peterburqda bazarda yanğın baş verib
Ərdoğan Türkmənistana səfər edəcək
Dünya 19:30
Ərdoğan Türkmənistana səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol