Ermənistan prezidentinin səfəri geniş kütlədən məxfi saxlanırErmənistan prezidenti Serj Sarkisyan noyabrın 13-də gizli şəkildə Dağlıq Qarabağa gəlib.ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Haykakan jamanak” qəzeti Erməistanın hakim Respublika Partiyasındakı mənbə bildirib. Qəzetin yazdığına görə, səfər geniş ictimaiyyətdən gizli saxlanır.Qəzetin yazdığına görə, Serj Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə gəlişi Ağdamda Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin vurulması ilə bağlıdır.Hadisə ilə bağlı Dağlıq Qarabağda çaxnaşma yaranıb və erməni əhali regionu tərk eləmək istəyir. Qarabağda doğulmuş Serj Sarkisyan yəqin ki, öz həmyerlilərinə ürək-dirək verməyə gəlib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !