Sarkisyan Putinə Azərbaycandan şikayətçi oldu

19:55 | 09.08.2014
Sarkisyan Putinə Azərbaycandan şikayətçi oldu

Sarkisyan Putinə Azərbaycandan şikayətçi oldu

Avqustun 9-da Soçidə Rusiya və Ermənistan prezidentlərinin görüşü olub. "İnterfax" agentliyinin məlumatına görə, Ermənistan prezidenti Serj Sarkisyan Vladimir Putinə deyib ki, Azərbaycan-Ermənistan münaqişəsini Azərbaycan bilərəkdən qızışdırır. Sarkisyan Putinə deyib: “Mən bizim regiondakı vəziyyət və Azərbaycan-Ermənistan sərhəddində vəziyyəti Azərbaycanın qızışdırmasının səbəbləri haqda sizə geniş məlumat verəcəyəm”. (Qeyd edək ki, son günlər Dağlıq Qarabağda və Azərbaycan-Ermənistan sərhəddində döyüşlərin qızışmasında Azərbaycn və Ermənistan bir-birlərini ittiham edir–red.). Avqustun 10-da Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü gözlənilir. Putinin mətbuat katibi Dmitri Peskov avqustun 9-da jurnalistlərə belə deyib: “Biz prezidentlərin üçtərəfli görüşünün sabah - avqustun 10-da gündüz keçiriləcəyini istisna etmirik”. D.Peskov Qarabağdakı vəziyyət haqda isə bunları deyib: “Vəziyyət doğrudan da gərgindir, qeyri-sabitdir. Ona görə də danışıqlara cəhdlər olunur”. Ancaq Peskovun sözlərinə görə, hər üç prezident avqustun 9-da axşam da qeyri-formal şəraitdə də görüşə bilərlər. Belə ki, Əliyev, Sarkisyan və Putin beynəlxalq sambo yarışlarına baxmağa gedəcəklər. “Platforma S-70” adlı döyüş sambosu yarışlarına Putinin gəlişi artıq ənənəyə çevrilib. Peskov deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin də ona qoşulacağı gözlənilir. Qeyd edək ki, avqustun 9-da Soçidə Putin Sarkisyanla görüşdən əvvəl Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşüb ("Azadlıq" radiosu).ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM