Sarkisyan Qarabağdan əl çəkir

13:55 | 29.08.2017
Sarkisyan Qarabağdan əl çəkir

Sarkisyan Qarabağdan əl çəkir

Avropa Birliyinə daxil olmaq üçün Qarabağdan əl çəkir

Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinlə danışıqların detallarına toxunub.  

İstiPress armenpress-ə istinadən xəbər verir ki, Sarkisyan danışıqlar zamanı sülhməramlı qüvvələrin Dağlıq Qarabağda yerləşdirilməsi məsələsinin müzakirə edilmədiyini, hətta buna toxunulmadığını deyib. Ermənistan prezidenti rusiyalı həmkarını qoşunların təmas xəttində olan situasiya ilə tanış etdiyini söyləyib.

Hoqlandın məlum bəyanatı ilə Soçi görüşü arasında hansısa əlaqənin olub olmaması barədə sualı cavablandıran Sarkisyan onlar arasında uyğunluğun olmadığını bildirib. Onun sölərinə görə, Hoqlandın bəyanatı xəbər deyil.

Müşahidəçilər deyir ki, Putinlə görüşdən sonra Sarkisyanda hərbi əməliyyatlara meyl, müharibə bəyanatları azalıb. Buna baxmayaraq, Soçi görüşünə qədər o birmənalı şəkildə Azərbaycanı İskəndər raketləri ilə təhdid edirdi. İndi isə qəfildən deyir ki, kompromis çox vacib bir haldır və bu həyatda olduğu kimi siyasətdə də mövcuddur.

Sarkisyanın bu bəyanatlarının arxasında nəyin dayandığını demək çətindir. Ola bilsin ki, bu adi erməni fəndidir. Digər tərəfdən, bu, Kremlin Sarkisyanı özünü yumşaq aparmağa çağırması ola bilər.

Sarkisyan həmçinin bəyan edib ki, Ermənistan bu ilin payızında Avropa Birliyi ilə əməkdaşlıq sazişi imzalayacaq. Görünür ki, Soçidə ona bunu etməyə icazə veriblər. Əvvəllər bu barədə ancaq ölkənin baş naziri danışırdı. Prezident susurdu. Soçidən sonra onun dili açılıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM