Ermənistanın "Milli müqəddartını təyinetmə" Birliyinin lideri Paryur Ayrikyan və onun tərəfdarları prezident Serj Sarkisyanı istefa verməyə tələb ediblər.ANS PRESS-in məlumatına görə, Paryur Ayrikyan və onun tərəfdarları bu barədə prezidentə məktub göndərəcəklərini bildiriblər.Paryur Ayrikyan bildirib ki, Sarkisyanın etirazçıların qarşısına şəxsən çıxmayacağını bildiklərinə görə, ona məktub göndərəcəklər.Birlik rəhbəri həmçinin bəyan edib ki, Sarkisyan məzuniyyətdən qayıtdıqdan sonra aclıq aksiyası keçirəcəklər. Qeyd edək ki, Paryur Ayrikyan iyul ayında da Sarkisyanın istefa verməsini tələb edən məktub göndərmişdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !