Sarkisyan yalan danışmaqda ittiham olunur

18:54 | 28.01.2014
Sarkisyan yalan danışmaqda ittiham olunur

Sarkisyan yalan danışmaqda ittiham olunur

Ermənistan Prezidenti Serj Sarkisyan və yüksək vəzifəli məmurlar ölkə ordusunun formalaşdırılmasının 22-ci ildönümü münasibətilə "Erabrlur" hərbi panteonunda olublar.Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, panteonda hərbi pensiyaların həcmindən narazı olan bir qrup vətəndaş dövlət başçısına yaxınlaşıb. S.Sarkisyan pensiyaların artırıldığını desə də, ölən hərbçilərin yaxınları heç bir artımın olmadığını qeyd ediblər.Prezident və digər vəzifəli şəxslər vətəndaşları dinləməkdən imtina ediblər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM