Sarkisyana Azərbaycan haqda kitab hədiyyə edildi - FOTO

11:45 | 18.04.2014
Sarkisyana Azərbaycan haqda kitab hədiyyə edildi - FOTO

Sarkisyana Azərbaycan haqda kitab hədiyyə edildi - FOTO

Türkmənistanda keçirilən “Aziada – 2017 Mətbəxi” sərgisində Azərbaycan nümayəndə heyəti iştirak edib. 
Milli Kulinariya Mərkəzindən ANNET.Az-a daxil olan xəbərdə bildirilir ki, tədbirdə 23 ölkə (Azərbaycan, İngiltərə, BƏƏ, Filippin, Qazaxıstan, Almaniya, Gürcüstan, Qırğızıstan, Belarusiya, Hindistan, Çin, İtaliya, Koreya, Malayziya, Özbəkistan, Pakistan, Rusiya, Tailand, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya, Ermənistan) iştirak edib.  
Mərkəzin məlumatına görə, Türkmənistanda səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan da iştirak edib. Ermənistan nümayəndəsi Qriqoriy Antonyan öz çıxışında erməni mətbəxinin qədimliyindən “qədim erməni xörəkləri-dolmadan, lavaşdan və s. Danışıb. Ermənistan kulinariya təşkilatının gördüyü işləri əks etdirən qısa filmdə   daimi olaraq keçirilən dolma (7-ci dəfə), çörək (3-cü dəfə), kabab (4-cü dəfə) və s. festivallardan danışılıb. 
Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov ermənistanlı həmkarına onun işini asanlaşdırdığını deyib: “Onların göstərdiyi filmdə yalnız qədim türk xörəklərini nümayiş etdirdiyinə görə minnətdarlığımı bildirirəm. Siz bu xörəklərin adlarına və hazırlanma qaydasına XI əsr türkmən şahzadəsi Mahmud Qaşqarinin “Türklərin lüğəti”, yenə XI əsr Balasaqunlu Yusifin “Kitabqu Bilik”, Uyqur aşpazının Çingiz xan üçün yazdığını mətbəx kitabında və s. tapa bilərsiniz”. 
Məlumatda bildirilir ki, təşkilatçılar sərgidə bütün bokslara özləri hər ölkədən bir görüntü qoyub. Azərbaycan bölməsində isə Üç alov qülləsi və arxa fonda iki eybəcər uçuq bina şəkli qoyulub: “Biz Ticarət Nazirliyinin müavinindən icazə alıb həmin şəkli dəyişdik. Yerinə Azərbaycan Prezidentinin bizə diqqətini və qələbələrimizi əks etdirən iki baner və bir də Qarabağ komandasının qələbələrini əks etdirən bir banerlə örtdük. Öncə bəyənildi. Erməni mütəxəssisi bizə yaxınlaşıb Qarabağ banerini çıxarmamızı xahiş etdi. Biz izah etdik ki, Qarabağ Azərbaycan torpağıdır. Bütün dövlətlər bizi bu sərhədlərlə tanıyır. Çox təkid etmələrinə baxmayaraq baneri saxladıq. Gecə 12:30-da Türkmənistanın baş Nazirinin müavini sərgiyə baxmağa gəldi və bizdən banerləri çıxartmağı xahiş etdi. Köməkçilər banerləri çıxartdılar və Qarabağ banerini aparıb başqa yerdə gizlətdilər. Aşpazlarımız tapıb baneri gətirdilər. Bizə bir də yaxınlaşdılar və Qarabağ banerini qoymağı bizə qadağan etdilər”. 
Məlumatda bildirilir ki, səhəri gün mühafizəçilər yoxlamaq adıyla Azərbaycanın boksunda olan 2 ədəd “Qarabağ mətbəxi” kitabını aparıblar. Onun ardınca isə Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammədov və Ermənistan prezidenti Serj Sərkisyan sərgiyə gəlib: “Biz ingiliscə Azərbaycan Kulinariyası kitabının iki nüsxəsini cənab Berdimuhammedova uzatdıq, birini bizdən qəbul etməsini, ikincisini isə qonağına verə biləcəyini söylədik. Prezident gülümsəyərək kitabları götürüb bir nüsxəsini Sərkisyana verdi. Qeyd etmək istərdik ki, həmin kitabın içərisində Xotranovanın Erməni Mətbəxi kitabına verdiyimiz cavab və ayrıca Qarabağ mətbəxi yazısı da yerləşdirilmişdi”. 
ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM