Ermənistan prezidenti Serj Sarkisyan 2009-cu ildə münasibətlərin normallaşdırılması ilə bağlı Türkiyə və Ermənistan arasında imzalanan sənədlərin ləğv ediləcəyini bildirib.
Yenicag.az xəbər verir ki, ölkələr arasında münasibətlərin normallaşdırılması ilə bağlı sənədlər parlamentlər tərəfindən təsdiqlənməyib. Ermənistan 2015-ci ildə Türkiyəni heç bir addım atmamaqda günahlandıraraq, məsələni parlamentin gündəliyindən çıxartmışdı. Hazırda ölkələrimiz arasındakı münasibətlərdə heç bir normallaşma əlaməti görünmədiyindən 2018-ci ilin yaz aylarında bu protokolları tamamilə ləğv edəcəyimizi bildiririk.”
BMT Baş Assambleyasında çıxış edən Sarkisyan bu dəfə də qardaş ölkə Türkiyəyə əsassız iradlar yönləndirib:
"Türkiyə hökuməti illər əvvəl aramızda imzalanan normallaşdırma protokollarını əbədiyyətə qədər əlində girov olaraq saxlaya biləcəyini düşünürsə, yanılır. Ölkələrimiz arasındakı münasibətlərdə hər hansı bir normallaşma əlaməti görmədiyimizdən 2018-ci ilin yaz aylarında bu protokolları tamamilə ləğv edəcəyimizi bildiririk.”
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !