Sarkisyandan Ohanyana liderlik təklifi

11:59 | 24.12.2014
Sarkisyandan Ohanyana liderlik təklifi

Sarkisyandan Ohanyana liderlik təklifi

Təxminən bir ay əvvəl Ermənistanın hazırkı və sabiq prezidentləri Serj Sarkisyanla Robert Köçəryan müdafiə naziri Seyran Ohanyanın 2018-ci ildə dövlət başçısı postuna namizədliyi məsələsini müzakirə ediblər.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Aykakan Jamanak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Sarkisyan Köçəryana konstitusiyada dəyişiklik edilməsindən asılı olmayaraq, böyük ehtimalla Ohanyanın hakimiyyətin namizədi olacağı barədə məlumat verib. Köçəryanın sözlərinə görə, Ohanyan onun üçün əlverişli namizəd ola bilər. Lakin bu zaman o, 2018-ci il seçkilərində iştirak etməyəcəyinə dair heç bir zəmanət verməyib.
 
 
Nəşr yazır: "Məsələ burasındadır ki, əgər "Çiçəklənən Ermənistan” və [onun lideri] Qaqik Sarukyan Köçəryanı dəstəkləsə, o, öz namizədliyini irəli sürəcək. Amma əgər bu partiya seçkilərdə Qaqik Sarukyan da daxil olmaqla, başqa namizədlə iştirak etməyi qərar alarsa, onda Köçəryan Seyran Ohanyanın namizədliyini dəstəkləyəcək”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM