Franasnın keçmiş prezidenti Nikola Sarkozi bildirib ki, ölkəsindəki böhran Avropanın çöküşünə gətirib çıxara bilər.
ANN.Az-ın verdiyi xəbərə görə, bu barədə "The Financial Times" məlumat verib.
"Bu böhran istisnasız bütün ölkələrə öz təsirini göstərmişdi", - Sarkozi 2008-ci il hadisələrini nəzərdə tutaraq deyib. - "2014-cü il Fransa böhranı isə bütövlükdə Avropada bankrota səbəb ola bilər. Bizim üçün yenilik budur".
Siyasətçi qeyd edib ki, əgər o, 2017-ci il prezident seçkilərində qalib gəlsə, Fransada vergi sisteminin yenidən təşkilatlandıracaq. "Əgər siz insanlara və şirkətlərə daha çox vergi tətbiq etsəniz, onların rəqabətədavamlı olacağını necə düşünə bilərsiz ki? Həqiqətən vacib olan odur ki, biz müəssisələrimizin bazarda yer almasına müvəffəq olmalıyıq".
Qeyd edək ki, Sarkozi yenidən böyük siyasətə qayıtmaq barədə signallar verir, bir çox politoloqlar və siyasətçilər onun yenidən siyasətə qayıdacağını bildirirlər.
ANN.Az