Sarkozinin yaxın adamları həbs olundu

13:36 | 04.06.2015
Sarkozinin yaxın adamları həbs olundu

Sarkozinin yaxın adamları həbs olundu

Sarkozinin prezidentliyi dövründə Yelisey Sarayında baş katiblik, tərcüməçilik və müşavirlik şöbələrində çalışan 6 nəfər şübhəli şəxs qismində saxlanılıb. 

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, saxlanılanlardan biri də keçmiş daxili işlər naziri Klaude Queantın da olduğu bu şəxslər büdcədən qeyri-qanunu yolla pul mənimsəməkdə ittiham olunurlar. İlk dəfə bu faktla bağlı Yelisey Sarayının 2009-cu il sənədlərini araşdıran Maliyyə Nazirliyi öz hesabatında məlumat verib.

Maliyyə Nazirliyinin araşdırmasına görə, heç bir tender keçirilmədən 1,5 milyon avro həcmində iş Sarkoziyə yaxın araşdırma şirkətinin hesabına ötürülüb. Yelisey Sarayı ilə əməkdaşlıq edən daha 9 şirkətin fəaliyyəti şübhə altına alınıb və araşdırma aparılır. Sarkozunun ən yaxın adamı hesab olunan Patrik Buissonun "Publifact" şirkəti "ən çox müəmmalı" qurum olaraq göstərilib. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM