Ermənistan prezidenti Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb
Ermənistan prezidenti Serj Sarkisyan təcili iclas keçirib.
ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan Nazirlər Kabineyinin mətbuat xidməti açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Serj Sarkisyan bu gün Milli Təhlükəsizlik Şurasının Təcili iclasını çağırıb.
İclasın təfərrüatları barədə hələlik açıqlama verilmir.
Qeyd edək ki, hazırda İrəvanda gərginlik davam edir. Ermənistan Nazirlər Kabinetinin binasının girişləri polis tərəfindən nəzarətə götürülüb.
Buna səbəb İrəvanda keçirilən “Mən əleyhinəyəm” etiraz aksiyasının iştirakçılarının Maliyyə Nazirliyinin binasına girmək istəyi olub.
Polis aksiya iştirakçılarından kənara çəkilməyi tələb edib. Lakin onlar əmrə tabe olmayıblar. Nəticədə, polis binanın qarşısına canlı divar çəkib.
Polislə aksiya iştirakçıları arasında toqquşma başlayıb.
ANN.Az