Şarl Mişel Azərbaycan Ermənistan münasibətlərindən danışıb

17:32 | 18.07.2024
Şarl Mişel Azərbaycan Ermənistan münasibətlərindən danışıb

Şarl Mişel Azərbaycan Ermənistan münasibətlərindən danışıb

Avropa İttifaqı (Aİ) Azərbaycan Ermənistan arasında olan münasibətlərdə hər zaman dəstək göstərdiyini açıqlayıb. Bu barədə Aİ Şurasının sədri Şarl Mişel jurnalistlərə açıqlamasında deyib. 
 
"Brüssel son aylarda iki ölkə arasında birbaşa təmasların mümkünlüyünü görüb", - o bildirib. 
 
Apreldə Şarl Mişel bildirib ki, İki ölkə arasında sərhədlərin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata Bəyannaməsi ilə bağlı Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayırıq.
 
Azərbaycanla Ermənistan arasında oktyabrın sonunda Brüsseldə Ermənistan və Azərbaycan liderlərinin planlaşdırılan görüşü təxirə düşüb.
 
Bu gün Londonda Avropa siyasi sammitində Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirilməli idi. Azərbaycan tərəfi açıqlama yayaraq bildirib ki, Ermənistan bu görüşdən imtina edib. Daha sonra Ermənistan Xarici İşlər Nazirliyi açıqlama verərək Azərbaycan tərəfinin açıqlamasını təkzib edib. 
 
Hazırda iki ölkə arasında sülh sənədi istiqamətində danışıqlar gedir. Son məlumatlara görə sənəddə qaranlıq qalan müəyyən məqamlara aydınlıq gətirilib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM