Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində 2016-cı ildə baş vermiş aprel döyüşlərinə görə komissiyaya çağrılacaq.
Bunu Ermənistanın hakim "Mənim addımım” parlament fraksiyasının üzvü, qurumun Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının başçısı Andranik Koçaryan deyib.
"Əvvəlcə biz sualların tam siyahısını hazırlamalıyıq. Yalnız bundan sonra Sarqsyanı komissiyaya dəvət etmək olar”, - deyə Koçaryan jurnalistlərə açıqlamasında deyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !