"Saudi Aramco" şirkətinin səhmləri rekord miqdarda ucuzlaşıb

14:34 | 09.03.2020

"Saudi Aramco" şirkətinin səhmləri rekord miqdarda ucuzlaşıb

Hərrac zamanı Səudiyyə Ərəbistanına məxsus "Saudi Aramco" neft korporasiyasının səhmləri maksimum səviyyədə 10% düşüb,  bu barədə Səudiyyə Ərəbistanının "Tadawul" ticarət birjası məlumat yayıb.

Hərrac zamanı bir kağız 27 rial (7.2 dollar) səviyyəsinə çatıb.
Qeyd edək ki, OPEC+ ölkələrin hasilatı azaltmaq üçün sazişi uzada bilməyəcəkləri xəbərləri səbəbindən neftin qiyməti 30 faiz ucuzlaşıb. Belə ki, Brent markalı may fyuçersləri 28,69% azalaraq 32,28 dollara, WTI-nin aprel fyuçersləri isə 31,35% azalaraq 28,33 dollara düşüb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb