Rusiyanın uzaq Saxalin vilayətində qətl hadisəsi baş verib.
"Ölkə.Az" xəbər verir ki, vilayətin hüquq-mühafizə orqanları Ermənistan vətəndaşının azərbaycanlı tərəfindən döyülərək öldürüldüyünü ehtimal edir. Buna səbəb isə qısqanclıq olub.
15 avqust tarixində xəstəxanaya yerləşdirilən erməni döş qəfəsindən küt alətlə aldığı zədə səbəbindən dünyasını dəyişib. Faktla bağlı cinayət işi qaldırılıb. İstintaq və axtarış tədbirləri nəticəsində 37 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.
İstintaqın versiyasına əsasən, Ermənistan vətəndaşı 22 ildən çoxdur ki, Cənubi Saxalinin qadın sakini ilə bir yerdə yaşayır və övladları var. Erməni narkotik maddələrin qanunsuz dövriyyəsinə görə azadlıqdan məhrum edilib və bu ilin mart ayında azadlığa çıxıb. Erməni azadlığa çıxanda məlum olub ki, onun qadını Azərbaycan vətəndaşı ilə yaşayır və qadın ondan ayrılmaq istədiyini bildirib. Azərbaycanlı qadını tərk etsə də, evinə gəlir və zəng etməyə davam edirmiş.
15 avqust tarixində qadın və erməni sevgilisi Novotroitsk şəhərinə qonaq gedib. Bunu öyrənən fiqurant iki dostları ilə ora yollanır və ermənini çölə söhbətə çağırır. Erməni evdən başqa bir qonaqla çıxanda azərbaycanlı dostları ilə onları döyüblər. Sonra isə maşına əyləşərək hadisə yerini tərk ediblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !