Sayğac ustası evdə tək olan qadını zorladı

11:06 | 13.09.2017
Sayğac ustası evdə tək olan qadını zorladı

Sayğac ustası evdə tək olan qadını zorladı

Türkiyədə şirkət əməkdaşının elektrik sayğacını yoxlamaq bəhanəsiylə girdiyi evdə qadını zorladığı iddia edilir.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, İstanbulun mərkəzində gözlənilməz bir hadisə yaşanıb. 2017-ci ilin 22 aprel günü bir enerji paylama firmasının sahə işçisi olan 24 yaşlı O.Ü. qeyri-qanuni elektrik istifadəsi bəhanəsi ilə Ataşehirdə yaşayan E.T.-nin evinə gedib. O, imzalanması lazım olan sənədlər olduğunu bəhanə edərək evə girib və gənc qadını zorlayıb. Qadın müqavimət göstərdikdən sonra E.T. evdən qaçıb.

Ebru T. polisə ifadəsində şübhəlinin "Sakit ol, heç nə olmayacaq. Gəl səninlə cini əlaqədə olaq. Nə olar, yalvarıram. Olaq, sonra çıxıb gedəcəm" dediyini söyləyib.

Polis çağırışı edən E.T "Mən qorxuram və onun həbs edilməsini istəyirəm" deyib.

Şikayətdən sonra şübhəli ​​O.Ü. həbs edilib. O, barəsində edilən şikayəti qəbul etməyib. Məhkəmə qərarı ilə O.Ü. yenidən azadlığa buraxılıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM