Bu yaxınlarda nüfuzlu Britaniya gündəlik qəzeti "The Independent" məqalə dərc etdi ki, 2015-ci il Avropa oyunlarının Əməliyyat komitəsinin yeni başçısı Saymon Kleqq Azərbaycan haqqında müsbət fikirdədir, bizim ölkəni insan haqlarının pozulmadığı "inanılmaz dərəcədə azad cəmiyyətli" ölkə adlandırıb, amma Conatan Braun tərəfindən yazılmış məqalədə göstərilən faktlar başqa şeylərdən xəbər verir. Rəsmi Bakı isə bu məqalədə göstərilən faktları inkar edir. Həmin məqaləni sizin diqqətinizə təqdim edirik:Avropa olimpiya oyunlarının keçiriləcəyi ölkədə hüquq müdafiəçilərinin repressiyalara məruz qalmasına baxmayaraq, Britaniya olimpiya assosiasiyasının eks başçısı, hal-hazırda, 2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Olimpiya oyunlarının təşkilati məsələləri ilə məşğul olan Britaniya olimpiya assosiasiyasının sabiq başçısı Azərbaycanı "inanılmaz dərəcədə azad cəmiyyətli" və "yaşayış üçün gözəl məkan" kimi təsvir edib.Ancaq, ötən ay insan hüquqları sahəsində Azərbaycanın aparıcı hüquq müdafiəçilərindən biri, Leyla Yunus ölkədə vəziyyətin pisləşməsiylə əlaqədar Avropa Oyunlarını boykot etməyə çağırış etdi."Amnesty International"ın məlumatına görə, Leyla Yunus və onun əri Arif Yunus bütün dünyada insan hüquqlarının müdafiəsiylə məşğul olan bu beynəlxalq təşkilat tərəfindən müəyyən edilmiş 24 vicdan məhbusundan biridirlər. Onlar məhkəmədən əvvəl saxlanmış və Prezident İlham Əliyevi və onun hökümətini tənqid etdiklərinə görə həbsə atılmışlar, "Amnesty International" belə hesab edir."Amnesty International" təşkilatının Cənubi Qafqaz üzrə nümayəndəsi Levan Asatiani qeyd edir ki, son iki həftədə, vergidən yayınmada ittiham edilən hüquq müdafiəçisi İntiqam Əliyevin həbsi ilə əlaqədar olaraq Azərbaycanda vəziyyət kəskinləşib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !