Sazz 4G İnternet Lənkəran şəhərində faliyyətə başladı

16:45 | 30.07.2014
Sazz 4G İnternet Lənkəran şəhərində faliyyətə başladı

Sazz 4G İnternet Lənkəran şəhərində faliyyətə başladı

Azərbaycanın ən böyük simsiz İnternet provayderi olan Sazz 4G öz əhatə dairəsini genişləndirməyə davam edir. Artıq Sazz İnternet xidmətlərindən Lənkəran şəhərində də faydalanmaq mümkündür. İndi Lənkəran şəhər sakinləri Sazz 4G xidməti sayəsində saniyədə 10 meqabitə qədər sürətlə telefon xətti olmadan birbaşa İnternetə qoşula biləcəklər.Sazz 4G müştəri xidmətləri və satış mərkəzi şəhərin mərkəzi hissəsində, Həzi Aslanov küçəsi 25 ünvanında yerləşir. Bura müraciət edən vətəndaşlara provayderin baş ofisində təlim keçmiş satıcı və texniki dəstək qrupu xidmət göstərir.Abunə olmaq istəyənlər cəmi bir neçə dəqiqə ərzində abunəçi müqaviləsini rəsmiləşdirib Sazz 4G İnternet şəbəkəsinə qoşula bilərlər. Bütün şəbəkə üzrə olduğu kimi, provayderin yeni abunəçilərə təqdim etdiyi 5 günlük test imkanı lənkəranlılara da də şamil edilir. Belə ki, hər yeni abunəçiyə 5 gün ərzində 200 meqabayt həcmində trafiklə Sazz şəbəkəsini sınaqdan keçirmək imkanı da verilir. Həmin müddət ərzində xidmətdən narazı qalan abunəçilər ödənilmiş məbləği geriyə ala bilər.Sazz 4G mətbuat xidmətinin verdiyi məlumata görə, bir neçə günə Masallı, Lerik və Astara şəhərlərində də Sazzın müştəri xidmətləri ofisləri xidmət göstərəcəklər.Qeyd edək ki, “rouminq” xüsusiyyətinə malik olan “Standart” tarifi ilə Sazz İnternetə qoşulan abunəçilər provayderin əhatə dairəsinin istənilən nöqtəsində, heç bir əlavə xərc çəkmədən xidmətdən faydalana biləcəklər.Sazz İnternet Bakı və Xırdalan şəhərləri, həmçinin Abşeron yarımadasının əksər sahilyanı qəsəbələri və çimərlik zonalarından başqa Sumqayıt, Mingəçevir, Gəncə, Qax, Zaqatala, Balakən, Şəki, Quba, Qusar, Xaçmaz şəhərlərində xidmət göstərir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb