• $ 1.7
  • € 1.8896
  • ₽ 0.020988
  • ₺ 0.0438
  • £ 2.2441

“Sazz 4G İnternet” Masallı, Astara, Lerik şəhərlərində də xidmət göstərməyə başladı

“Sazz 4G İnternet” Masallı, Astara, Lerik şəhərlərində də xidmət göstərməyə başladı
06.08.2014 14:47
Azərbaycanın ən böyük simsiz İnternet provayderi olan "Sazz 4G" öz əhatə dairəsini genişləndirdi. Artıq "Sazz İnternet" xidmətlərindən Masallı, Astara, Lerik şəhərlərində də faydalanmaq mümkündür.  İndi bu şəhərlərin şəhər sakinləri "Sazz 4G" xidməti sayəsində saniyədə 10 meqabitə qədər sürətlə telefon xətti olmadan birbaşa İnternetə qoşula biləcəklər.Masallı şəhərindəki "Sazz 4G" müştəri xidmətləri və satış mərkəzi Heydər Əliyev prospektində (Mərkəzi ATS-in yaxınlığında) yerləşir.Astara şəhərindəki "Sazz 4G" müştəri və satış mərkəzi Heydər Əliyev prospekti 223 ünvanına, Lerik şəhərindəki müştəri xidmətləri və satış mərkəzi isə Elmar Qarayev küçəsində (Avtovağzal ərazisi) yerləşir. Abunə olmaq istəyənlər cəmi bir neçə dəqiqə ərzində abunəçi müqaviləsini rəsmiləşdirib "Sazz 4G İnternet" şəbəkəsinə qoşula bilərlər. Bura müraciət edən vətəndaşlara provayderin baş ofisində təlim keçmiş satıcı və texniki dəstək qrupu xidmət göstərir.  Hər yeni abunəçiyə 5 gün ərzində 200 meqabayt həcmində trafiklə "Sazz" şəbəkəsini sınaqdan keçirmək imkanı da verilir. Həmin müddət ərzində xidmətdən narazı qalan abunəçilər ödənilmiş məbləği geriyə ala bilər. Qeyd edək ki, "rouminq" xüsusiyyətinə malik olan "Standart" tarifi ilə "Sazz İnternet"ə qoşulan abunəçilər provayderin əhatə dairəsinin istənilən nöqtəsində,  heç bir əlavə xərc çəkmədən xidmətdən faydalana biləcəklər.  "Sazz İnternet" Bakı və Xırdalan şəhərləri, həmçinin Abşeron yarımadasının əksər sahilyanı qəsəbələri və çimərlik zonalarından başqa Sumqayıt, Mingəçevir, Gəncə, Qax, Zaqatala, Balakən, Şəki, Quba, Qusar, Xaçmaz və Lənkəran şəhərlərində xidmət göstərir.   ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
2028-ci ilədək Azərbaycanda bərpa olunan enerjinin payı 30%-i ötəcək
İqtisadiyyat 17:17
2028-ci ilədək Azərbaycanda bərpa olunan enerjinin payı 30%-i ötəcək
BP Azərbaycanın ölkə kimi yaranışına həsr olunmuş iki kitabı ictimaiyyətə təqdim edib
İqtisadiyyat 15:42
BP Azərbaycanın ölkə kimi yaranışına həsr olunmuş iki kitabı ictimaiyyətə təqdim edib
Kapital Bank-da tələbələr üçün maliyyə və müştəri təcrübəsi təlimləri keçirildi
İqtisadiyyat 13:53
Kapital Bank-da tələbələr üçün maliyyə və müştəri təcrübəsi təlimləri keçirildi
Azərbaycanda orta aylıq əməkhaqqı artıb
İqtisadiyyat 12:34
Azərbaycanda orta aylıq əməkhaqqı artıb
Qızıl yenidən ucuzlaşıb
İqtisadiyyat 10:56
Qızıl yenidən ucuzlaşıb
Səyahət sığortasını artıq Yelo App ilə ala biləcəksiniz
İqtisadiyyat 10:52
Səyahət sığortasını artıq Yelo App ilə ala biləcəksiniz
Azərbaycan neftinin qiyməti 68 dolları keçib
İqtisadiyyat 09:42
Azərbaycan neftinin qiyməti 68 dolları keçib
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:34
Bu günə olan məzənnə açıqlanıb
Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
İqtisadiyyat 15:04
Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol