SAZZ 4G İnternet Respublika Günü münasibətilə hədiyyə kampaniyası keçirəcək

16:28 | 27.05.2014
SAZZ 4G İnternet Respublika Günü münasibətilə hədiyyə kampaniyası keçirəcək

SAZZ 4G İnternet Respublika Günü münasibətilə hədiyyə kampaniyası keçirəcək

Azərbaycanda 4G texnologiyası əsasında fəaliyyət göstərən simsiz genişzolaqlı İnternet provayderi Sazz İnternet 28 May Respublika günü münasibətilə xüsusi hədiyyə kampaniyası keçirəcək.Mayın 28-i və 29-da Sazz İnternetə yeni abunə olanlara Sazz USB Flash modemi hədiyyə ediləcək. Bunun üçün sadəcə abunəçi müqaviləsini imzalamaq və iki aylıq abunə haqqını (50 AZN) əvvəlcədən ödəmək kifayətdir. Hədiyyə kampaniyası şirkətin Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində, eləcə də digər Sazz 4G satış nöqtələrində keçərli olacaq.Xatırladaq ki, Sazz 4G İnternet ənənəvi olaraq hər bir yeni abunəçiyə internet xidmətini 5 gün ərzində 200 meqabaytlıq trafiklə yoxlayıb test etmək imkanını verir.Sazz İnternet Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Zaqatala, Balakən, Qax, Şəki. Quba, Qusar və Xaçmaq şəhərlərində, həmçinin Abşerona yarımadasının əksər sahilyanı qəsəbələrində xidmət göstərir. Sazz İnternet Lənkəran, Astara, Masallı və Lerik şəhərlərində də fəaliyyətə başlamağı planlaşdırır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür