Sübut olundu: Pilot bilərəkdən təyyarəni qəzaya uğradıb

17:24 | 03.04.2015
Sübut olundu: Pilot bilərəkdən təyyarəni qəzaya uğradıb

Sübut olundu: Pilot bilərəkdən təyyarəni qəzaya uğradıb


"O, təyyarənin yerə düşməsindən öncə sürəti artırıb”.

İkinci "qara qutu”nun məlumatları sübut edib ki, Fransada qəzaya uğramış A320 sərnişin təyyarəsinin ikinci pilotu Andreas Lubits bilərəkdən hərəkət edib. Bu barədə France24 məlumat yayıb. 

Həmçinin məlum olub ki, təyyarə qayalara dəyməzdən öncə pilot onun sürətini artırıb. 

Oxu.Az xəbər verir ki, Reuters istintaq qrupunun məlumatını yayıb. 

"Əldə olunmuş ilk məlumatlar göstərir ki, pilot təyyarənin 30 metrlik hündürlüyə düşməsi üçün avtopilotun proqramını dəyişib. Bundan başqa, pilot təyyarənin yerə düşməsindən öncə sürəti artırıb”, - məlumatda deyilir. 

Qeyd edək ki, ikinci "qara qutu” təyyarənin qəzaya uğradığı yerdə çərşənbə axşamı tapılıb. 

ANN.Az

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti