"Schlumberger" şirkəti 10 min əməkdaşını ixtisar etməyə hazırlaşır.
Virtualaz.org saytı xəbər verir ki, bu gün şirkətdən bu barədə məlumat daxil olub.
Qeyd olunub ki, 2016-cı ilin birinci yarısında şirkətin fəaliyyətində azalma gözlənilir. "Bununla əlaqədar olaraq resurs bazasına yenidən baxmaq, xərcləri, infrastrukturu səmərəli etməklə bağlı qərar qəbul edilib", - deyə şirkətin məlumatında qeyd olunub.
Qeyd edək ki, hazırda şirkətin 95 min əməkdaşı var.
"Schlumberger" şirkəti neft-qaz sektoru üzrə texnologiyanın aparıcı təchizatçısıdır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !