(Yazıya qara hərflərlə Səba MMC ilə bağlı yeni məlumat əlavə olunub)
2024-cü il avqustun 1-dən "Səba” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti dayandırılıb. Bu barədə İqtisadiyyat.az şirkətin özünə istinadən xəbər verib.
"İstehsal və satış avqustun 1-dən etibarən dayandırılıb və şirkətə məxsus satış məntəqələri bağlanıb. Bəzi əməkdaşlar artıq şirkətdən ayrılıb, digərləri isə özlərinə yeni iş yerləri axtarışındadırlar”, - şirkətdən bildirilib.
Şirkətin bağlanma səbəbləri açıqlanmayıb.
"Səba” ASC-nin digər broyler şirkətlərindən biri tərəfindən alındığı iddia olunur.
1997-ci ildə dövlət qeydiyyatına alınan "Səba” ASC-nin nizamnamə kapitalı 4,8 milyon manata yaxındır.
Bu şirkət Azərbaycan bazarında toyuq əti və süd məhsulları istehsalı və satışına görə, ən qabaqcıl byük paya malik olub.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, "Səba" ASC-nın aktivləri "Chicken Pro." MMC şirkəti tərəfindən alınıb.
""Səba"nın aktivləri Hidayət Quliyev (37,5%), Natiq Quliyev (37,5%) və Azərbaycan İnvestisiya Holdinqinə (25%) məxsus idi. Onların Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun xalası oğlanları olduğu ehtimal edilir"- məlumatda deyilib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !