Səbaildə dənizə düşən şəxsin meyiti çıxarıldı

23:30 | 16.10.2019
Səbaildə dənizə düşən şəxsin meyiti çıxarıldı

Səbaildə dənizə düşən şəxsin meyiti çıxarıldı

Bakıda bir nəfər dənizə düşərək boğulub. 


Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Səbail rayonu ərazisində bir nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.  



Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən suya düşən şəxsin meyiti çıxararaq aidiyyəti üzrə təhvil verilib. 


Ölmüş adamın şəxsiyyəti dəqiqləşdirilir. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM