Aktyorun bacısı Vəfa Xanlarova saytımıza zəng edərək məlumatın doğru olmadığını bildirib. O deyib ki, qardaşının hansı səbəbdən belə addım atdığını anlaya bilmir: "Onun yoldaşı sağdır. Düzdür, xəstədir. Amma indi öz evində, övladlarının yanındadır. Ayıbdır. Onlar ailəlidirlər. Çox xahiş edirəm, bu xəbəri silin. Yalan məlumatdır. Yazıq anamın ürəyi gedib, atamın vəziyyəti pisdir. Hamiləyəm, xəbəri oxuyandan özümə gələ bilmirəm. Bilmirəm o niyə belə eləyir. Yəqin ki, reklam axtarır. Amma belə reklam olmaz". Qeyd edək ki, bacısının zəngindən sonra Səbuhi Xanlarovla dəfələrlə əlaqə saxlamağa çalışdıq. Lakin o sualımızı eşitdikdən sonra telefonun dəstəyini asdı. Onu da əlavə edək ki, hər iki tərəfə aid səs yazısı mövcüddur və lazım gələrsə yayımlamağa hazırıq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !