Seçicilərdən Asim Mollazadəyə böyük dəstək

17:56 | 20.10.2015
Seçicilərdən Asim Mollazadəyə böyük dəstək

Seçicilərdən Asim Mollazadəyə böyük dəstək

Demokratik İslahatlar Partiyasının sədri, 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilək seçkilərdə 22 saylı Nəsimi İkinci seçki dairəsindən namizliyi irəli sürülmüş Asim Mollazadə seçki kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirib. 
"Bakı Tikiş Evi”nin  həyətində keçirilən görüşdə millət vəkili öz seçicilərinə ötən beş il ərzində parlament fəaliyyəti barədə hesabat verib. 

Seçki platformasındakı prioritet məsələlərə toxunan Asim Mollazadə dövlət başçısının sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi ilə bağlı son fərmanını təqdir edib. Prezidentin sahibkarlara lisenziyaların verilməsini "ASAN xidmət”ə həvalə etməsini, sahibkarların iki il ərzində yoxlamalardan azad ediləcəyini bu sahənin inkişafı üçün ciddi töhfə kimi qiymətləndirib.

Seçicilər Asim Mollazadəyə deputat seçiləcəyi təqdirdə Milli Məclisdə son dövrlərdə şəhər nəqliyyatında yaranmış problemlər, qadınların pensiya yaşının aşağı salınması, işsizliklə mübarizə, vətəndaşların tibbi sığortası ilə bağlı məsələləri qaldırmağı tövsiyə ediblər.  

Nəsimi seçiciləri onların problemlərinə hər zaman diqqətlə yanaşdığına, rayondakı bir sıra problemlərin həlli, ölkədə qadın və gənclərin inkişafı, təhsildə irəliləyişlərin əldə olunması istiqamətində gördüyü işlərə görə Asim Mollazadəyə  təşəkkür ediblər.

"Siz hər zaman bizim problemlərimizə diqqətlə yanaşmısız və parlamentdə sözün həqiqi mənasında bizim səsimiz olmusuz. Sizin səyləriniz sayəsində Nəsimi rayonunda çox sayda problemlərin həllinə nail olunub. Və inanırıq ki, növbəti beş ildə də bizi hər zamankı kimi ləyaqətlə təmsil edəcəksiz. Biz yenə də sizə səs verəcəyik!” – deyə Nəsimi seçiciləri bildiriblər.








0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM