Seçki günü Ermənistanda silahlar “dilə” gəldi

11:45 | 20.06.2021
Seçki günü Ermənistanda silahlar “dilə” gəldi

Seçki günü Ermənistanda silahlar “dilə” gəldi

Ermənistanda seçki günü müxtəlif partiyalar arasında yaranan mübahisə silahlı toqquşma ilə nəticələnib.

"Ölkə.Az” "armeniasputnik”ə istinadən xəbər verir ki, hadisə  Ermənistanın Ararat əyalətinin Azataşen kəndində seçki məntəqəsində baş verib. 

Belə ki,  yerli vaxtla 8.30-da  səsvermədən yarım saat sonra  "Çiçəklənən Ermənistan” və "Verelk” partiyasının təmsilçiləri arasında baş verən mübahisə nəticədə silahlı münaqişəyə səbəb olub.  Mübahisə zamanı iştirakçılardan biri qaz pistoletindən bir neçə dəfə atəş açıb. Polis mübahisə edən şəxsləri polis bölməsinə aparıb və pistolet götürülüb. 

Bu gün Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilir və seçkilərdə 21 partiya, 4 seçki bloku iştirak edir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM