Seçki hüququnun pozulması halları ən çox Azərbaycanda müşahidə olunub- AİHM

17:09 | 26.01.2023
Seçki hüququnun pozulması halları ən çox Azərbaycanda müşahidə olunub- AİHM

Seçki hüququnun pozulması halları ən çox Azərbaycanda müşahidə olunub- AİHM

Avropa İnsan Hüquqları Məhkəməsi, seçki hüququ pozuntusunun ən çox Azərbaycanda müşahidə olunduğunu bildirib. Bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin 2022-i il üzrə hesabatında deyilir.

Məhkəmənin qəbul etdiyi seçki hüququ pozuntusuna dair 23 qərara əsasən, bu halın ən çox Azərbaycanda müşahidə olunduğunu bildirib.
AİHM indiyə qədər Azərbaycanla bağlı, ümumilikdə, 274 qərar qəbul edib. Həmin qərarların yalnız 3-də pozuntu tapılmayıb. 
 
Beynəlxalq təşkilatlar 2020-ci il fevralda keçirilən parlament seçkilərinin ədalətsiz və saxtalaşdırılmış olduğunu, Yerli Demokratik İdarəetmə reytinqinin həmin ilə görə 1,50-dən 1,25-ə düşdüyünü  bildiriblər.
 
Amnesty İnternational təşkilatın hesabatlarında Azərbaycanda hüquq və azadlıqlarla bağlı vəziyyət barədə siyasi, həm də sosial məsələlərlə bağlı dinc etirazların polis tərəfindən həddindən artıq güc tətbiq edilməklə dağıdılması, dinc etirazçıların isə özbaşına inzibati və cinayət məsuliyyətinə cəlb olunması kimi məsələləri qeyd edib.
 
Təşkilatın yazılarında ölkədə siyasi məhbusların çox olması barədə məlumatlar yazılıb.
 
Yanvarın 23-də ABŞ Xarici İşlər Naziri Antoni Blinken Prezident İlham Əliyevə zəngində hüquq və azadlıqlara dair narahatlıqlarını çatdırıb.
 
Lida Abbaslı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb