Növbəti seçki prosesi rəqəmsallaşdırılacaqmı? - Araşdırma

17:44 | 13.02.2024
Növbəti seçki prosesi rəqəmsallaşdırılacaqmı? - Araşdırma

Növbəti seçki prosesi rəqəmsallaşdırılacaqmı? - Araşdırma

Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərdən sonra sosial şəbəkələrdə yayımlanan pozuntular əsasında araşdırma apararaq 11 seçki məntəqəsində nəticələri ləğv edib.
 
Lakin MSK-nın təqdim etdiyi siyahıda görüntülərdə yer alan bəzi məntəqələrin adları qeyd olunmayıb.
 
Hüquqşünas Ramil Süleymanov qeyd edir ki, məntəqələrin seçki nəticələrinin ləğvinə səbəb olacaq məsələlər ilə bağlı namizədlər, onların nümayəndələri, vəkillər və qanunpozuntusunu qeydə almış jurnalist tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət ünvanlana bilər.
 
Bəzi ekspertlər hesab edir ki, seçkilərdə şəffaflığın təmin olunması üçün rəqəmsallaşmağa ehtiyac var.
 
Azərbaycan İnternet Forumunun prezdenti Osman Gündüz Seçki Müşahidə və Təhlil Qrupu koalisiyasının iclasında MSK- nın ölkənin rəqəmsallığına görə 4-5 il geridə qaldığını, dövlətin rəqəmsallaşma üçün milyonlar ayırdığını, amma heç bir nəticəsi olmadığını vurğulayıb. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin "e-polis" platforması varsa bu sistemdən istifadə etmək olardı.
 
Bəs növbəti seçkilərdə vətəndaşların rəqəmsal səsvermədən istifadə etməsi üçün tədbir görüləcəkmi?
  
Daxili İşlər Naziriyinin mətbuat xidmətindən anews.az-a bildirilib ki, seçki sistemi MSK-nın səlahiyyətində olan məsələdir. 
 
Mərkəzi Seçki Komissiyanın mətbuat xidmətindən anews.az-a verilən məlumata görə, seçkilərin rəqəmsallaşdırılması insanlar tərəfindən məqsədəuyğun hesab edilərsə, MSK tərəfindən də onun tətbiqi düşünülə bilər.
 
"Seçki Məcəlləsinin müəyyənləşdiyi meyarla seçkilər keçirilir.  Bizim əlimizdə olan seçki qanunvericiliyi necədirsə, Mərkəzi Seçki Komissiyası da o əsasla seçkiləri keçirməkdən məsul olan qurumdur. Seçki Məcəlləsinin tələblərinə əməl etmək, onun tələblərini olduğu kimi istinasız yerinə yetirmək MSK-nın vəzifəsidir. Azərbaycan ilk elektron səsverməni 2021-ci ildə təkrar Parlament seçkilərində pilot layihə kimi tətbiq edilib sınaqdan keçirilib. Gələcəkdə bunun etibarlı sistem olduğu qənaətinə gəlinərsə, məmnuniyyətlə bu bəradə məsələ düşünüləcək”, - məlumatda qeyd olunub.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən mövzu ilə bağlı göndərdiyimiz sorğumuza cavab verilməyib. 
 
Hüquqşünas Ramil Süleymanov bildirib ki, MSK tərəfindən məntəqə seçki komissiyalarının nəticələrinin ləğv olunması barədə həmin seçki marafonunda iştirak edən  namizədlərin, onların müşahidəçilərinin təqdim etdiyi protokol əsasında onlar tərəfindən MSK-ya olunan müraciət əsasında ləğv oluna bilər.
"MSK namizədin müraciətini əsassız hesab etsə, namizədin bununla bağlı birbaşa Apellyasiya İnstansiyasına müraciət etməklə pozuntunun ifratla qeydə alındığı məntəqə, dairə üzrə nəticələrin ləğvi barədə qərar əldə edə bilər”,- o deyib.

Hüquqşünasın sözlərinə görə, məntəqələrdə nəticələrin ləğvinə səbəb olacaq məsələlər ilə bağlı həm namizədlər, onların nümayəndələri, vəkilləri eyni zamanda qanunsuzluğa yol vermiş əməli görüntüləmiş jurnalist Baş Prokururoluğa şikayət edə bilərlər.

"Baş Prokurorluğu məhkəmə qərarı ilə prosesual əhəmiyyət daşıyan qərar əsasında AR Cinayət Məcəlləsinin 159,159-1, 160, 161-ci maddələrinin biri əsasında cinayət işi başlayır. Buna səbəb olmuş şəxsləri məsuliyyətə -əgər ciddi pozuntu varsa, bu zaman cinayət məsuliyyətinə, ciddi pozuntu olmadıqda isə, İnzibati Xətalar Məcəlləsinin maddələrinə və tələblərinə uyğun inzibati məsuliyyətinə cəlb oluna bilər. Müşahidəçilər əlində olan pozuntunu təsdiq edən sənəd, pozutunun aşkarlanmasının rəsmiləşdirilməsi üçün protokol aktdır. Məsələn mənim pozuntu barəsində tərtib etdiyim akt kimsə imzalamırsa, bu akt etibarsız akt olur. Bu akta yalnız mən qol çəkirəmsə, bunun heç bir hüquqi qüvvəsi olmur.

Jurnalist pozuntunu aşkar edirsə, bunu video çəkilişə alır, bununla bağlı jurnalistin özü tərəfindən həmin videomaterial həm MSK-ya, həm də Baş Prokurorluğa göndərilir.

Çünki, kütləvi informasiya vasitələrində dərc edilmiş, yayımlanmış pozuntular, cinayət əməlləri Prokurorluq tərəfindən cinayət işinin başlanılması üçün əsasdır. Prokurorluq jurnalistin materialı əsasında araşdırmanı başladaraq məntəqəyə tabe olan şəxslərin – sədri, katibi, üzvləri və s. pozuntuya kimlər yol verib və səlahiyyətlidirsə, onların hər birinin izahatı alınır. Burada jurnalistin təqdim etdiyi material ilə məntəqə nümayəndələrinin fikirlərinin uyğunsuzluğunu görürsə, bu daxili inama əsasən cinayət işinin başlanılması və ya rədd olunması ilə bağlı qərar verir. Nəticə etibarilə jurnalist həmin qərarı məhkəmə nəzarəti qaydasında mübahisələndirə bilər. Bundan sonra məhkəmə uyğun bilsə, cinayət işi başlanacaq.
 
İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) üzrə ekspert Elvin Abbasov hesab edir ki, seçkinin rəqəmsal həyata keçirilməsi üçün kultura formalaşmalıdır, lakin Azərbaycan buna hazır deyil.
 
"Seçki kimi çoxçalarlı bir prosesi onlayn həyata keçirmək üçün ilk növbədə kultura formalaşmalıdır. Göründüyü kimi MİDA-nın ev seçkiləri hansı ki, imtiyazlı insanlara, müəyyən kateqoriyaya verilən evlərin seçkilərinin onlayn keçirilməsi hər il ölkədə birmənalı qarşılanmayan prosesdir. Təbii ki, bunu onlayn keçirməyin Azərbaycan üçün fundamental alt yapı, lazımi proseslər var. Azərbaycanda rəqəmsal imza, biometrik imza ilə insanlar öz kabinetlərinə girib səsverməni reallaşdıra bilərlər. Bu səsvermədə vətəndaş kabinetində görə bilər ki, rəsmi elektron, biometrik imzasıyla səsini verib. Bunun həyata keçməsi hazırda Azərbaycan texnologiya baxımından yüzdə yüz hazırdır. Bu çox rahat işdir. Amma bu kulturanın Azərbaycanda formalaşması, seçkinin nəticələri ilə razı olmaq, seçkinin şəffaflığına insanları tam əmin etmək çətinləşir. Rəqəmsallıq olanda insanlar narazılıq çox göstərirlər. Anoloji təcrübələr ölkədə çoxdur. Bu proses onlayn olanda kifayət qədər narazı kütlə yaranır. Bu məqam təkcə Azərbaycanda yox, ümumi dünyada, digər sivil ölkələrdə - Amerika kimi, eyni zamanda Avropanın digər ölkələrində bunun tam olaraq anoloji təcrübəsini həyata keçirmirlər. Baxırıq ki, seçkilərin yüzdə yüz onlayn formada təmin olunması kulturası tam formalaşmayıb. Demək olar ki, müasir dövrdə texnologiya axımı cəhətdən hər ölkə hazırdır. Amma insanların tam olaraq razılaşması birmənalı deyil” , - o qeyd edib.

Ekspertin sözlərinə görə, onlayn səsvermədən istifadə üçün bütün ölkə əhalisinin elektron imzaları olmlıdır ki, kabinetdə seçimin etsin.

"Bu zaman da fərqli məsələlər ortaya çıxa bilər ki, hər kəs öz imzasından özümü istifadə edir. Azərbaycanda təəssüflər olsun ki, belə şey var ki, şirkət sahibləri bu imzaları öz buxalteralarına, onların işlərini aparan şəxslərə verirlər. Özləri isə elektron imza olmayan nömrələr istifadə edirlər”, - Abbasov əlavə edib.
 
Fevralın 7-i növbədənkənar prezident seçkiləri keçirilib. 
 
Cari il üçün bələdiyyə və parlament seçkilərinin keçirilməsi gözlənilir

Aygün Mirakif


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb