Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcəyini bildirib.
Polad Bülbüloğlu namizədliyini 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən verərərk artıq müvafiq sənədləri sözügedən Dairə Seçki Komissiyasına təqdim edib. Bu məlumatı 124 saylı Şuşa-Ağdam-Xocavənd Dairə Seçki Komissiyasından məlumatı təsdiq ediblər.
Seçki məsələləri üzrə ekspert Bəşir Süleymanlının sözlərinə görə, din xadimləri və güc strukturlarında təmsil olunanlardan başqa bütün dövlət məmurları deputatlığa namizədliklərini verərkən fəaliyyətlərini dondurmalıdırlar.
"Azərbaycan Respublikasl Seçki Məcəlləsinə görə, din xadimləri və güc strukturlarında təmsil olunanlardan başqa bütün dövlət məmurları deputatlığa namizədliklərini verərkən fəaliyyətlərini dondurmalıdırlar. Seçildikləri halda onlar tutduqları vəzifədən istefa verir. Seçilməsələr isə yenidən öz fəaliyyətlərini davam etdirirlər. Əgər namizədliyini verən şəxs məmur postunda öz fəaliyyətini dondurmursa bu artıq qanun pozuntusu hesab edilir", - Süleymanlı bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirməyib.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Şahin Əsədli isə bildirib ki, Seçki Məcəlləsinin 69-cu maddəsinə əsasən seçkilərdə iştirak etmək istəyən vəzifəli şəxslər fəaliyyətlərini yalnız in namizədlikləri rəsmi qeydiyyata alındıqdan sonra dayandırmallıdılar.
"Dövlət işində təmsil olunan şəxs yalnız namizədliyi qeydə alındıqdan sonra üç gün ərzində müvafiq dairə seçki komissiyasına fəaliyyətini dayandırması və ya ödənişsiz məzuniyyətə çıxması barədə sənəd təqdim etməlidir. Polad Bülbüloğluna imza yığmaq üçün vərəqələr verilib. Onun namizədliyinin qeydiyyatına imza vərəqələrini seçki komissiyasına təqdim edəndən sonra baxılacaq", - Əsədli əlavə edib.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 124 saylı seçki dairəsindən namizədi Leyla Babışovadır. O, YAP Şuşa rayon təşkilatının sədr müavinidir. Adıçəkilən seçki dairəsindən, həmçinin Azad Vətən Partiyasının (AZAD VƏTƏN) sədri Akif Nağının da namizədliyi irəli sürülüb.
Polad Bülbüloğlu 1945-ci ildə anadan olub. O, 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub. 2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir. Diplomat 1995-ci ildə 45 saylı Şuşa–Cəbrayıl –Xocavənd seçki dairəsindən deputat seçilib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !