Azərbaycan Seçki Məcəlləsinə dəyişikliklər Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.
Trend-in məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dəyişikliklər haqqında məlumat verərək bildirib ki, ümumilikdə Seçki Məcəlləsinə 55 dəyişklik edilməsi təklif edilir.
O qeyd edib ki, dəyişikliklərin böyük əksəriyyəti Azərbaycanda keçirilən son referendumdan sonra Seçki Məcəlləsinin Konstitusiyaya uyğunlaşdırılması ilə bağlıdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !