Seçki məntəqələrinə çip oxuyan qurğular paylanılacaq

16:05 | 14.12.2019
Seçki məntəqələrinə çip oxuyan qurğular paylanılacaq

Seçki məntəqələrinə çip oxuyan qurğular paylanılacaq

"Azərbaycanda dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçki məntəqələri gələn həftədən 2500 çip oxuyan qurğularla tam təmin ediləcək".

Anews.az Report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov deyib.

Onun sözlərinə görə, məntəqələrə yeni nəsil şəxsiyyət vəsiyyət vəsiqələrindəki çipi oxuya bilən qurğular paylanılacaq: "Artıq 2500 çip oxuyan qurğu hazır vəziyyətə gətirilib. Ölkə üzrə cəmi 5049 məntəqə var. Təxminən, gələn həftənin dördüncü gününə kimi bütün seçki məntəqələri çip oxuyan qurğularla təmin olunacaq. Bu gündən həmin qurğunun seçki məntəqələrinə paylanılmasına başlanılacaq. Hesab edirəm ki, yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunmasında heç bir problem yaranmayacaq”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb