Seçkidə iştirak edəcək partiyaların sayı 16-ya çatıb

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün növbəti 7 siyasi partiyanın namizədliyini təsdiq edib. Bu barədə iyulun 9-da keçirilən iclasda qərar verilib.
Bununla da seçkilərdə iştirak edəcək partiyaların sayı 16-ya çatıb.
Azərbaycan parlamentinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək. Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu seçkilər cari ilin noyabrının birinci həftəsində baş tutmalı idi. Amma ölkənin COP-29-a ev sahibliyi etməsi səbəbindən seçkilərin tarixi dəyişdirilib.
Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.
Bundan əvvəl Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Milli Məclisin YAP-dan olan deputatlarından gəlib.
Bundan əvvəl Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Milli Məclisin YAP-dan olan deputatlarından gəlib.
Gülnar Nazimqızı
www.anews.az