Seçkidəki saxtakarlıqlar barədə MSK-dan YENİ AÇIQLAMA

16:11 | 19.02.2020
Seçkidəki saxtakarlıqlar barədə MSK-dan YENİ AÇIQLAMA

Seçkidəki saxtakarlıqlar barədə MSK-dan YENİ AÇIQLAMA

"MSK saxtakarlıqla bağlı görüntüləri araşdırmaq üçün bu barədə edilən müraciətləri gözləmir".

Bu sözləri Yeniavaz.com-a açıqlamasında MSK-nın Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli deyib. O bildirib ki, MSK qanun pozuntularına dair şikayətləri, bütün faktları araşdırır:

"Ancaq qanuna uyğun olaraq şikayətin verilmə müddəti başa çatıbsa həmin namizədin ərizəsi geri qaytarılır. Biz dəfələrlə elan etmişik ki, nə qədər görüntü var hamısı araşdırılacaq.
 
Burada qeyd etmək istəyirəm ki, bütün şikayətlər qanunvericiliyə uyğun olaraq ilk növbədə Dairə Seçki Komissiyasına (DSK) göndərilməlidir. Müraciət edən şəxs əgər DSK-nın cavabından narazı qalarsa bu zaman şikayəti MSK-ya göndərir.
 
Əgər şikayəti dilə gətirən şəxs MSK-nın da cavabından narazıdırsa, Apellyasiya məhkəməsinə müraciət etməlidir. Əgər şikayətlər birbaşa MSK-ya göndərilibsə DSK araşdırmadan bizim həmin şikayətlərə baxmağımıza qanunla icazə verilmir".

Şahin Əsədlinin sözlərinə görə, hazırda MSK-da geniş şəkildə araşdırmalar aparılır və proses davam edir:

"Dünən 16 məntəqənin nəticələri ləğv edildi. Ancaq, ümumi dairənin nəticələrinin ləğv edilməsi üçün ləğv olunan məntəqələrin sayı, seçki dairəsi üzrə ümumi məntəqlərin sayının 5-də 2-sindən çox olmalıdır. Dünən ləğv edilən məntəqələrə görə heç bir dairənin nəticəsi ləğv edilə bilməz".
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM