Sosial Tədqiqatlar MərkəzininMedia və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli 104 saylı Gədəbəy seçki dairəsindən namizədliyini irəli sürüb. Bu barədə Əlibəyli öz sosial hesabında paylaşım edərək yazıb.
Hazırda həmin dairənin deputatı Sevinc Hüseynovadır.
Bir neçə gün öncə Yeni Azərbaycan Partiyasının təqdim olunan siyahında 104 saylı Gədəbəy seçki dairəsindən Sevinc Hüseynovanın namizədliyi yenidən təqdim olunub.
Əziz Əlibəyli 5 ildən çoxdur Sosial Tədqiqatlar Mərkəzində çalışır. Bununla yanaşı Əlibəyli həmçinin beynəxalq şərhçi kimi fəaliyyət göstərir.
İndiyədək Mərkəzi Seçki Komissiyasında 400 nəfərdən çox şəxsin namizədliyi təsdiq olunub. Həmçinin seçkilərdə iştirak üçün 20-dən çox partiya qeydiyyata alınıb.
Azərbaycan parlamentinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək. Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu seçkilər cari ilin noyabrının birinci həftəsində baş tutmalı idi. Amma ölkənin COP-29-a ev sahibliyi etməsi səbəbindən seçkilərin tarixi dəyişdirilib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !