• $ 1.7
  • € 1.9335
  • ₽ 0.020591
  • ₺ 0.0442
  • £ 2.2638

Seçkilərdə iştirak etmək üçün 31 nəfərin namizədliyi təsdiq olunub - Məzahir Pənahov

Seçkilərdə iştirak etmək üçün 31 nəfərin namizədliyi təsdiq olunub - Məzahir Pənahov
24.07.2024 10:16
Hazırda 31 nəfərin sentyabrın 1-də növbədənkənar parlament seçkilərində iştirak etmək üçün namizədliyi təsdiq olunub. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib. 
 
O bildirib ki, ümumilikdə 1200-ə yaxın namizəd prosesdə iştirak etmək üçün müraciət edib. 
 
Məzahir Pənahov ölkədə fəaliyyət göstərən 26 siyasi partiyadan 25-nin seçkilərdə iştirak üçün təsdiq olunduğunu da açıqlayıb.  
 
Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin edilib. Prezident bir müddət öncə Parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. 
 
Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Milli Məclisin YAP-dan olan deputatlarından gəlib. 
 
Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.
 
Gülnar Nazimqızı 
 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda restoran yanır
Cəmiyyət 19:21
Bakıda restoran yanır
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” yaradılıb
Cəmiyyət 18:48
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” yaradılıb
Azərbaycan hərbçiləri Gürcüstanda NATO təlimində iştirak edir
Cəmiyyət 18:36
Azərbaycan hərbçiləri Gürcüstanda NATO təlimində iştirak edir
Mayın 1-dən ibtidai siniflərdə yaz tətili başlayır
Cəmiyyət 18:28
Mayın 1-dən ibtidai siniflərdə yaz tətili başlayır
Rusiyada əsirlikdə olan jurnalistin daxili orqanları çıxarılıb
Cəmiyyət 16:37
Rusiyada əsirlikdə olan jurnalistin daxili orqanları çıxarılıb
Rüfət Səfərovun həbs müddəti uzadılıb
Cəmiyyət 16:19
Rüfət Səfərovun həbs müddəti uzadılıb
Azərsun Holdinq” mükafata layiq görülüb
Cəmiyyət 15:33
Azərsun Holdinq” mükafata layiq görülüb
Apreldəki qeyri-sabit hava mayda da davam edəcək
Cəmiyyət 14:20
Apreldəki qeyri-sabit hava mayda da davam edəcək
Laçında tikiləcək yeni anbardan Bakıya da su ötürüləcək
Cəmiyyət 14:02
Laçında tikiləcək yeni anbardan Bakıya da su ötürüləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol