• $
  • €
  • ₽
  • ₺
  • £

Seçkilərdə iştirak üçün gələn diplomatın geri qaytarıldığı deyilir

Seçkilərdə iştirak üçün gələn diplomatın geri qaytarıldığı deyilir
05.02.2024 12:16
Yevangelist Xalq Partiyasının İsveçrə Milli Şurasındakı üzvü Nik Quggerin Bakıda Hava Limanından geri qaytarıldığı bildirilir. Bu barədə "Blick" nəşri yazıb. 
 
Nəşr bildirib ki, Quqqer Azərbaycana Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) seçki müşahidəçisi kimi səfər edib.
 
Gugger bildirib ki, o, üç saat hava limanında saxlanılıb, pasportu əlindən alınıb, daha sonra polisin müşayiəti ilə İstanbula növbəti təyyarəyə mindirilib. Yalnız orada nəhayət diplomatik pasportunu geri ala bilib. 

"Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov mənimlə əlaqə saxladı və bunun anlaşmazlıq olduğunu açıqladı", - nəşr yazıb. 

Quqqer imkan daxilində yaxın bir neçə gün ərzində yenidən Azərbaycana səfər etmək istədiyini deyir. 
 
 Xarici İşlər Nazirliyi hadisənin baş verməsini təsdiq edib. Hansı şəraitdə baş verməsini ilə bağlı şərh verməyib. 
 
Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının mövqeyini öyrənmək mümkün olmayıb. 
 
Azərbaycanda fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. MSK yeddi namizədi - Yeni Azərbaycan Partiyasından hazırkı prezident İlham Əliyevin, Milli Cəbhə Partiyasından Razi Nurullayevin və müstəqil namizəd Zahid Orucun, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülməsi təsdiqlənən Fuad Əliyevin prezidentliyə namizədliyini qeydə alıb. 
 
Prezident seçkiləri ilə bağlı Müsavat Partiyası növbədənkənar prezident seçkilərində iştirak etməmək, Azərbaycan Xalq Cəbhəsi Partiyasi seçkiləri boykot etmək barədə qərar qəbul edib.
 
Azərbaycan Konstitusiyasına  görə, Azərbaycan Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.
 
Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Sabahın hava proqnozu
Cəmiyyət 12:26
Sabahın hava proqnozu
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
Cəmiyyət 11:54
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 11:41
DYP sürücülərə xəbərdarlıq edib
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Cəmiyyət 23:30
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol