Seçkilərə gedən "Musavat" partiyasının qazandıqları - MÜSAHİBƏ/VIDEO

16:47 | 01.09.2024
Seçkilərə gedən

Seçkilərə gedən "Musavat" partiyasının qazandıqları - MÜSAHİBƏ/VIDEO

"Musavat" partiyası sentyabrın 1-də keçirilən parlamentə növbədənkənar seçkilərin qeyri demokratik şəraitdə keçirildiyini bəyan edib. Bu barədə partiyanın Məclisinin rəhbəri Arif Hacılı bildirib.
 
Onun sözlərinə görə, seçkilərin gedişini  partiyanın  1000 müşahidəçisi müşahidə edib. Paetiya seçkidə 25 namizədlə iştirak edir. Onlardan biri Nəsiman Yaqublu yol qəzasında həlak olduğundan partiya namizədlərinin sayı 24-ə enib.
 
Hacılı seçki gedişində "karusel" sisteminin işə qoşulduğunu  bildirib.
 
15 ildən çoxdur ki, "Musavat" partiyası seçkiləri boykot edib. Bəs görəsən seçkilərə qatılmaqla partiya nə qazanıb. 
 
Arif Hacılı bildirib ki, seçkilərə qatılmaqla partiya təmsilçiləri seçicilərlə görüşmək, seçkiləri müşahidə etmək, qüsurları aşkarlamaq imkanı əldə edib. 
 
O, həmçinin seçici fəallığının az olduğunu vurğulayıb.
 
Daha ətraflı videomaterialda: 

 

N.Təbrizli
Samirə Əliyeva






www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM