Fevralın 7-də növbədənkənar prezident seçkilərini 760 beynəlxalq müşahidəçici izləyəcək. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
"Ümumilikdə qeydiyyatdan keçən 90 272 müşahidəçi var. Onlardan 760 nəfəri xarici müşahidəçidir. Müşahidəçilərin səsverməni izləməsi üçün bütün şərait yaradılıb. Onların seçki başlayandan bitənə qədər rahat izləməsi üçün bütün imkanlar təmin olunub", - Məzahir Pənahov fevralın 6-da mətbuat üçün keçirdiyi mətbuat konfrasında deyib.
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə iştirak edəcək ən gənc şəxsin yaşı 18, ən yaşlı şəxsin yaşı isə 124-dür.
Azərbaycan Konstitusiyasına görə, Azərbaycan Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !