Seçkinin ilkin nəticələri fevralın 9-da açıqlanacaq

15:02 | 06.02.2024
Seçkinin ilkin nəticələri fevralın 9-da açıqlanacaq

Seçkinin ilkin nəticələri fevralın 9-da açıqlanacaq

Növbədənkənar prezident seçkilərinin ilkin nəticələri 2 gün sonra- 9 fevralda açıqlanacaq. Bunu Mərkəzi Seçki Komissiaysının sədri Məzahir Pənahov deyib. 
 
"Fevralın 9-nə qədər bütün məlumatlar toplanmaqla ilkin nəticələr ictimaiətə açıqlanacaq. Əsas yekun nəticələr isə Konstitusiya Məhkəməsinin qərarı ilə olacaq. Seçilən şəxsin andiçmə mərasimi bundan soonra baş tutacaq", - o fevralın 6-da mətbuat üçün keçirdiyi mətbuat konfrasında bildirib. 
 
 
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Ölkədə sonuncu Prezident seçkiləri 2018-ci ilin aprelində keçirilib. 
 
 
MSK yeddi namizədi - Yeni Azərbaycan Partiyasından hazırkı prezident İlham Əliyevin, Milli Cəbhə Partiyasından Razi Nurullayevin və müstəqil namizəd Zahid Orucun, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülməsi təsdiqlənən Fuad Əliyevin prezidentliyə namizədliyini qeydə alıb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM