Ermənistanın keçmiş prezidenti, müxalif Respublika partiyasının sədri Serj Sarqsyan növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
"Mən bildirdim ki, yüksək dövlət postuna daha iddia etmirəm. Adım (seçkiqabağı - red) siyahıda olmayacaq. Mən öz məsləhətlərimlə kömək edəcəm. Hesab edirəm ki, Ermənistana və erməni xalqına yüksək dövlət postunda xidmətim qurtardı", - o, jurnalistlərə deyib.
Həftənin əvvəllərində Ermənistan prezidenti Armen Sarkisyan iyunun 20-də ölkədə parlament seçkilərinin keçirilməsi haqqında fərmanı imzalayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !